CƏMİYYƏT


“Böyük qayğı” proqramı çərçivəsində Bərdədə Vətən müharibəsi qaziləri ziyarət olunub

Bərdə rayonunda yaşayan Vətən müharibəsi qaziləri “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra edilən “Böyük qayğı” proqramı çərçivəsində ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təşkilatın idarə heyətinin üzvlərinin, könüllülərin, eləcə də Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının və rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Bərdə şəhərində və rayonun kəndlərində baş tutan görüşlər zamanı qəhrəman qazilərimizin vəziyyəti ilə maraqlanılıb, proqram çərçivəsində könüllülər tərəfindən onlar üçün həyata keçiriləcək fəaliyyətlər haqqında məlumatlar çatdırılıb.