CƏMİYYƏT


Əlilliyi olan şəxslər üçün xüsusi geyimlər hazırlayan gənclər

“Kekalove Adaptive” fiziki məhdudiyyətli, əlil arabasında olan insanlar üçün nəzərdə tutulan bir geyim brendidir. “Kekalove Adaptive” sosial biznesinin təsisçisi Məhəmməd Kekalovdur. Geyimlərin kreativ direktoru isə Ruhlan Cəlilovdur. Gənclər əlillər üçün funksional geyimləri hər bir insanın fiziki məhdudiyyətinə əsaslanaraq hazırlayırlar. Bu geyimlər digər insanların geyimlərindən öz funksionallığına görə seçilir.