Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abşeronda yaşadığı evdə “Kalaşnikov” gizlədən şəxs saxlanıldı

24.05.2021 [15:04]

Xəbərin mətni

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Abşeron rayon sakini olan əvvəllər dəfələrlə məhkum olunmuş Güləhməd Məcidovun yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar olunaraq götürülüb.