CƏMİYYƏT


Lənkəranda içkili halda traktorla avtoxuliqanlıq edən sürücü saxlanılıb

Lənkəranda içkili halda traktorla avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Lənkəran rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə və davamlı şəkildə pozaraq digər hərəkət iştirakçıları və piyadalar üçün ciddi təhlükə yaradan sürücü yol polisi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.