CƏMİYYƏT


“Türk Dünyası” adlı ilk rəqəmsal layihə təqdim olunub

May 25-də Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”un birgə yaratdığı “TURKİC.World” (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimatı olub.AZƏRTAC xəbər verib ki, təqdimatda çıxış edən Trend İnformasiya Agentliyinin nümayəndəsi Sahil Kərimli bu il fevralın 18-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiqlədiyini qeyd edib.