Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaqut Qarayeva: Ölkəmizdə 850 mindən çox vətəndaş vaksinasiyanı tamamlayıb

25.05.2021 [13:34]

Xəbərin mətni

Yanvarın 18-dən etibarən bu günədək ölkəmizdə COVID-19 əleyhinə 2 milyon dozaya yaxın vaksin vurulub, 850 mindən çox vətəndaş vaksinasiyanı tamamlayıb.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.