CƏMİYYƏT


Azərbaycanda COVID pasportu tətbiq olunacaq

Azərbaycanda COVID pasportu tətbiq olunacaq. COVID pasport iki sertifikatdan ibarətdir. Birincisi peyvəndlənmə sertifikatıdır. Bu, vaksinin hər iki dozasını alan şəxslərə verilir. İkincisi isə immunitet sertifikatıdır. Bu sertifikat xəstələnib sağalmış insanlara tətbiq olunur. Hər iki sertifikatın üzərində QR kod mövcuddur, yəni, onlar elektron yoxlanılma imkanına malikdir.AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.