SİYASƏT


Türkiyədən gətirilən texnikalar qısa müddətdə minatəmizləmə işlərinə cəlb olunacaq

Prezident, Müzəffər Ali Baş Komandanın göstərişinə əsasən, Türkiyədən 20 ədəd mexaniki minatəmizləmə texnikası alınıb. Hazırda həmin texnikanın növbəti partiyası Türkiyədən ölkəmizə gətirilib.AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov mayın 25-də jurnalistlərə açıqlamasında deyib.