Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzulidə şəhidlərin xatirəsinə ucaldılan abidə açılıb

25.05.2021 [15:19]

Xəbərin mətni

Füzuli rayonunda şəhidlərimizin xatirəsinə abidə ucaldılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, abidə Alıxanlı kəndinin ərazisində, Qarabağa gedən Zəfər yolunun kənarında inşa olunub.
Abidənin açılışı münasibətilə keçirilən mərasimdə şəhid ailələri, hərbçilər, rayon icra hakimiyyətinin nümayəndələri, kənd ictimaiyyəti, Vətən müharibəsinin qaziləri iştirak ediblər.