CƏMİYYƏT


Avtonəqliyyat vasitəsini normadan artıq yükləyənlərə qarşı yoxlamalar aparılır

Son illər ölkədə avtomobil yollarının müasirləşdirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikilməsi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirilir və bu sahədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən davamlı və irihəcmli işlər görülür.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müşahidələrə əsasən bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobilləri oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yüklənir və bu formada ümumi istifadədə olan avtomobil yollarında idarə edilir.