CƏMİYYƏT


Əsgərlərinin həyatını xilas edib, özü şəhadətə ucalan tabor komandiri

Vətən müharibəsində qazandığımız şanlı qələbə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Bu tarixi qələbənin qazanılmasından ötrü canını fəda etmiş cəsur zabitlərimizdən biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru Hüseynağa Balıyevdir.
AZƏRTAC xəbər verir ki, Hüseynağa Balıyev Vətən fədaisi idi. O, Vətənini canından çox sevir, bayrağımızı həmişə ucalarda görmək istəyirdi. 1987-ci il dekabrın 22-də Salyan şəhərində dəmiryolçu ailəsində dünyaya gələn Hüseynağa Salman oğlu Balıyev uşaqlıqdan hərbçi olmağı arzulayırdı. O, orta məktəbi bitirdikdən sonra hərbçi peşəsinə yiyələnmək üçün Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. Naxçıvandakı N saylı hərbi hissədə, sonra cəbhə xəttində yerləşən hərbi hissələrdən birində əvvəlcə qərargah rəisi, bir müddət sonra isə tabor komandiri kimi xidmətini davam etdirir.