CƏMİYYƏT


Almaniyanın Wittur Holding şirkətindən daha 625 ədəd lift alınaraq Bakıya gətirilib

Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının GMBH şirkəti ilə müqavilə imzalanıb. Müqavilə şərtlərinə uyğun olaraq əvvəlcə 581 ədəd yeni lift Bakıya gətirilərək quraşdırılıb. Həmçinin liftlərə xidmət göstərilməsi və onları daimi nəzarətdə saxlanılması üçün Mərkəzi Dispetçer Xidməti Sistemi quulub və bura lazımı texniki avadanlıqlarla təchiz edilib.Prosesin davamı olaraq daha 625 ədəd lift alınaraq gətirilib. Bu liftlərin Bakı şəhərinin müxtəlif rayonlarında istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılması işləri həyata keçirilir. Alınan liftlərin quraşdırılma prosesinin icrası və işlərin gedişi ilə yerində tanış olmaq üçün Wittur Holding şirkətinin nümayəndəsi Ralf Günter Bakıya gəlib. Qonaq əvvəlcə “Lifttəmir” İstehsalat Birliyinin istehsalat bazasında quraşdırılmış Mərkəzi Dispetçer Xidməti Sisteminin işi ilə, daha sonra paytaxtın bir neçə rayonunda quraşdırılması aparılan və quraşdırılmış liftlər, burada gedən proseslərlə tanış olub və öz məsləhətlərini verib.