CƏMİYYƏT


Bakıda evə basqın edən şəxslər saxlanılıblar

Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində yaşayan vətəndaş DİN-in "102" Xidməti-Zəng Mərkəzinə məlumat verərək bildirib ki, 25 may 2021-ci il tarixində gecə saat 04 radələrində evinə daxil olan 2 nəfər naməlum şəxs onun bədəninin müxtəlif nahiyyələrinə dəmir linglə və bıçaqla xəsarətlər yetirib quldurluq yolu ilə əmlakını ələ keçirməyə çalışıblar.
Hadisə ilə bağlı dərhal Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Səma Əsədova və paytaxt sakini Dilək İbrahimova saxlanılıb.