MƏDƏNİYYƏT


Nəriman Həsənzadə: İstiqlaliyyət sənin taleyindir, müstəqilliyindir

Millətimizin varlığını, böyüklüyünü və mübarizliyini sübut edən tarixi məqamlardan biri Respublika günüdür. 1918-ci ilin 28 May günü Azərbaycan tarixində yeni və silinməz səhifə açıb. 103 il əvvəl qurulmuş xalq cümhuriyyətinin varisi olan Müstəqil Azərbaycan Respublikası bu gün dünyanın sayılıb seçilən dövlətlərindən birinə çevrilib.Tariximizin keçməkeşli, şərəfli dövrləri bir çox şair və yazıçılarımız tərəfindən qələmə alınıb. Onlardan biri də Xalq şairi, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Nəriman Həsənzadədir. Respublika günü ərəfəsində AZƏRTAC-ın çəkiliş qrupu xalqımızın həyatındakı taleyüklü günləri poeziyasında yaşadan şairin qonağı olublar. ​Onunla müsahibəni əməkdaşımız Xəyalə Cəfərova təqdim edir.