Hərbi attaşelər düşmənin dövlət sərhədindəki təxribatı barədə məlumatlandırılıb
27.05.2021 [19:24]
Xəbərin mətni
Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün brifinq təşkil olunub.Brifinqdə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov 27 may saat 03:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti, diversiya qruplarının dövlət sərhədimizi keçməsi, ərazilərimizin daxilində minalama işləri və digər təxribat əməllərini aparmağa cəhd göstərməsi barədə qonaqlara ətraflı məlumat verib.