Mayın 31-dən Bakı metrosu bu qaydalarla açılır
28.05.2021 [14:25]
Mayın 31-dən Nazirlər Kabinetinin qərarına əsasən, “Bakı Metropoliteni”ndə sərnişindaşıma fəaliyyəti bərpa olunur. Digər ictimai nəqliyyat vasitələri kimi, Bakı metrosu da iyun ayının sonuna kimi həftəsonları sərnişindaşıma fəaliyyəti göstərməyəcək. Digər günlərdə isə isə Bakı metropoliteninin stansiyaları səhər saat 06:00-dan 24:00-dək şərnişinlərin girişinə açıq olacaq. Metro stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxilmalı və sosial məsafə gözlənilməlidir. Tibbi maskadan düzgün istifadə etməyənlər inzibati məsuliyyətə cəlb olunacaqlar. Metroya daxil olan sərnişinlərdən COVID-19 pasportu tələb olunmayacaq. Girişdə sərnişinlərin hərarəti ölçüləcək.