Prezident İlham Əliyev Ağdam şəhər meşə-parkında ağac əkib
28.05.2021 [21:47]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, “ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov dövlətimizin başçısına burada salınacaq meşə-park barədə məlumat verdi.