CƏMİYYƏT


Bir gecədə 12 avtomobildən oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Nizami rayonunda nəqliyyat vasitələrinin yan şüşələri sındırılaraq avtomobillərin salonlarında olan pul və digər qiymətli əşyalar oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, bu barədə zərərçəkən şəxslər Nizami Rayon Polis İdarəsi (RPİ) və 25-ci Polis Şöbəsinə (PŞ) müraciət edərərək hadisəni törədən şəxsin tutularaq məsuliyyətə cəlb edilməsini xahiş ediblər.
Qeyd olunan hadisələr dərhal nəzarətə götürülüb və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nizami RPİ-nin Post Patrul Xidməti Bölüyü (PPXB) və 25-ci PŞ-nin əməkdaşları tərəfindən “isti izlər"lə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elgün Şirinzadə saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır