CƏMİYYƏT


Şoran və quraq torpaqların bəzəyi - Kür qırağında yulğun ağacları çiçək açıb

Adı “Qırmızı kitab”a düşən yulğun kolu ölkəmizdə ən çox Naxçıvanda, Abşeron yarımadası və Kür-Araz ovalığında yayılıb. Ağstafa rayonunda da Kürətrafı ərazilərdə bu ağac növü son illərdə geniş yayılıb.AZƏRTAC xəbər verir ki, qərb bölgəsində hazırda yulğunlar çiçək açıb. Bu bitki may ayında çiçək açır və ilboyu yaşıl qalır. Elmi adı “tamariks” olan yulğun kolunun dünyada 80-dən çox növü mövcuddur ki, bunun da 10-a yaxını Qafqazda, əsasən Gürcüstan və Azərbaycan ərazisində bitir. Bu səhra və yarımsəhra bitkisi quraqlığa və şoranlığa davamlıdır. Yulğun torpağın münbit olmağına olduqca müsbət təsir göstərir.