CƏMİYYƏT


FHN: Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində həyətyanı sahələrə dolmuş yağış suları çəkilərək kənarlaşdırılıb

Bir neçə gün davam etmiş qeyri-sabit hava şəraiti və aramsız yağan yağış səbəbindən Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinə yağış sularının dolması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə müraciət daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciət əsasında nazirliyin Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb edilib.
Həyətyanı sahələrə dolmuş yağış suları görülmüş tədbirlər nəticəsində çəkilərək kənarlaşdırılıb.