Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

03.06.2021 [14:25]

Xəbərin mətni

İyunun 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının ikinci rəisi korpus generalı Selçuk Bayraktaroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Türkiyə nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.