CƏMİYYƏT


Müasir məhkəmə sisteminin yaradıldığı Suraxanı Rayon Məhkəməsi REPORTAJ

Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib. Ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verib. AZƏRTAC Suraxanı Rayon Məhkəməsinin yeni binasında yaradılan şəraitlə bağlı geniş reportaj hazırlayıb. Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyev Suraxanı Rayon Məhkəməsində vətəndaşların məhkəməyə əlçatanlığının asanlaşdırılması və məmnunluğunun təmin olunması üçün binada yaradılan müasir şərait barədə danışıblar.