CƏMİYYƏT


Göyçayda minik avtomobili yanıb

Göyçay rayonunda minik avtomobili yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün rayonun Potu kəndində baş verib. Belə ki, kənd sakini 1940-cı il təvəllüdlü Hacıyev Ramiz Hidayət oğluna məxsus 10-CX-232 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşın anidən alışaraq yanmağa başlayıb. Alov qısa müddət ərzində avtomobilin hər tərəfini əhatə edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində avtomobil tamamilə yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.