CƏMİYYƏT


İyunun 10-dan etibarən vətəndaşlar çimərliklərə üz tuta bilərlər

Artıq iki gündən sonra hər kəs istirahət etmək üçün çimərliklərə üz tutacaq. Nazirlər kabineti yanında operativ qərargahın verdiyi qərara əsasən iyun ayının 10-dan etibarən vətəndaşlar çimərliklərdən istifadə edə bilərlər. FHN-nin kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin əməkdaşları artıq may ayından fəaliyyətə başlayıb. Çimərlik ərazilərində təhlükəsizlik plakatları, məhdudlaşdırıcı buylar yerləşdirilib ki, insanlar həmin məhdudlaşdırıcı maneələri keçməsinlər, bununla yanaşı xüsusi ayrılmış katerlər və skuterlər vasitəsi ilə FHN əməkdaşları təhlükəsizliyi təmin etmək məqsədi ilə çimərlik mövsümü bitənədək xidmət edəcəklər. Həmçinin nəzarət qalasında xilasedicilər çimərliyə nəzarət edəcəklər ki, burada istirahət edən şəxslər hər hansı bir təhlükə ilə üzləşməsinlər. Qeyd edək ki, çimərliyə üz tutan şəxslər spirtli içki qəbul edib suya girməmələri, uşaqları nəzarətsiz buraxmamalı və hava qaraldıqdan sonra suya girməməlidirlər. Hər bir şəxs təhlükəsizlik qaydalarına əməl etməlidir.