CƏMİYYƏT


Şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun adları AzTV-nin həyətindəki abidə kompleksinə yazılıb

Azərbaycan Televiziyasının həyətində bütöv ağ mərmər lövhədəki qara mərmər zolaq üzərində Fəxrəddin Şahbazov, Alı Mustafayev, Arif Hüseynzadə, Çingiz Mustafayev, Fuad Mirzəyev və Pərviz Balayevin adları yazılmışdı. Birinci Qarabağ müharibəsi dövründə öz peşə fəaliyyətini yerinə yetirərkən şəhid olan jurnalist həmkarlarımızın sırasına 28 il sonra daha iki ad əlavə olundu: AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov...