CƏMİYYƏT


Çimərlik mövsümünün başlaması ilə əlaqədar FHN-in əhaliyə müraciəti

Fövqəladə Hallar Nazirliyi çimərliklərin açılması ilə bağlı bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsi üçün əhaliyə müraciət edib.
Nazirliyin müraciətində bildirilir ki, yeni növ koronavirusdan qorunmaq məqsədilə çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 metr, çətirlərin oxları arasındakı minimal məsafə 4 metr olmalıdır. Qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir.