CƏMİYYƏT


“Sağlamlıq Xəmsəsi” layihəsi çərçivəsində Füzuli Rayon Mərkəzi Xəstəxanasında görüş keçirilib

İyunun 11-də Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri Füzuli rayonuna səfər ediblər. Səfər çərçivəsində Mərkəzi Xəstəxanada tibb işçiləri ilə görüş keçirilib, xəstəxanaya lazımi avadanlıqlar və dərman preparatları verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı BMT-nin Fövqəladə Hallara qarşı Cavab Tədbirləri üzrə Mərkəzi Fondunun maliyyə dəstəyi ilə münaqişənin təsirinə məruz qalan beş rayonda zəruri səhiyyə xidmətlərinə əlçatanlığı artırmaq üçün “Sağlamlıq Xəmsəsi” layihəsi üzrə işləri davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Füzuli Rayon Mərkəzi Xəstəxanasında keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır