CƏMİYYƏT


Jurnalistlər Füzuli və Cəbrayıl rayonlarında minaların təmizlənməsi prosesi ilə tanış olublar

İşğaldan azad edilən Füzuli və Cəbrayıl rayonları ərazisində minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediatur təşkil olunub. Səfərin məqsədi işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri və qardaş Türkiyə Respublikasından gələn mühəndis-istehkamçılar tərəfindən birgə aparılan minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə tanış olmaqdır.