CƏMİYYƏT


DİN: Suraxanı rayonunda gözəllik salonundan oğurluq edən şəxs yaxalanıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə mühafizə olunan obyektlərin təhlükəsizliyi fasiləsiz etibarlı şəkildə qorunur. Bunu sübut edən növbəti hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yeni Günəşli qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “Həyəcan” siqnalı daxil olub. Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşları hadisəyə dərhal operativ reaksiya göstəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır