CƏMİYYƏT


FHN taxıl biçini mövsümü ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Müraciətdə bildirilir ki, taxıl tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, tez alışma xassəsinə malik olan taxıl sahələrinin yanğın təhlükəsindən qorunması ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacib şərtlərindəndir.