On yaşında məcburən çıxarıldığı Füzuliyə 37 yaşında tankla qayıtdı
22.06.2021 [17:08]
Xəbərin mətni
Bu gün Vətən müharibəsi şəhidi Bəhruz İbrahimovun doğum günüdür. Bəhruz yaşasaydı 38 yaşını üç övladı və həyat yoldaşı ilə birlikdə qeyd edəcəkdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İbrahimov Bəhruz Fazil oğlu 1983-ci il iyun ayının 22-də Füzuli rayonunun Gövşadlı kəndində anadan olub. Erməni vəhşiliyi nəticəsində on yaşında ailəsi ilə birlikdə doğma ata yurdundan məcburi köçkün düşüb.