CƏMİYYƏT


“Birlikdə yaşadaq” layihəsi çərçivəsində İmişlidə sərgi və tamaşa nümayiş olunub

ASAN könüllüləri tərəfindən “Birlikdə yaşadaq” silsilə tədbirləri davam edir. Növbəti dəfə İmişli rayonunda gerçəkləşən tədbir çərçivəsində könüllülər tərəfindən hazırlanan əl işləri sərgilənib və tamaşa nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli Regional “ASAN xidmət” mərkəzində açıq havda keçirilən satış-sərgidə bir-birindən maraqlı əl işləri nümayiş olunub. Sərginin ərsəyə gəlməsində könüllülərə rayonun fəal gəncləri də dəstək olub. Onlar bu sərgidə müxtəlif mövzulara toxunublar. Burada hərbi vətənpərvərlik ruhunda ərsəyə gələn rəsm əsərləri və əl işləri üstünlük təşkil edib. Bu isə sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.