CƏMİYYƏT


Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Seyidağa Ağayev saxlanılıb.
Onun Hövsan qəsəbəsi, Südçülük Sovxozunda yerləşən evinin həyətinə baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi 40 ədəd ümümi çəkisi 5 kiloqram 515 qram olan çətənə bitkisi aşkar olunaraq götürülüb. Seyidağa Ağayev ifadəsində çətənə bitkilərini satmaq məqsədi ilə əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini bildirib.