CƏMİYYƏT


Adalarda narkotik tərkibli çətənə kolları əkən 12 nəfər Ağdaş rayon sakini saxlanılıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
DİN-dən verilən məlumata görə, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Kür çayının Ağdaş rayonu Pirəzə kəndi ərazisindən keçən hissəsində yerləşən adada külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ada əməliyyat nəzarətinə götürülüb.