CƏMİYYƏT


Qubada yanğın zamanı iki nəfər xəsarət alıb

Qubada evdə baş verən yanğın zamanı iki nəfər xəsarət alıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında rayonun Zərqova inzibati ərazi dairəsinə aid Xaspolad kəndində qeydə alınıb. İkimərtəbəli evdə baş verən yanğın zamanı ev sahibi Tərlan Şirzad oğlu Əhmədov və həmin evdə kirayədə yaşayan ibtidai sinif müəllimi Cəfərova Könül Mirdamət qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilərək müvafiq tibbi yardım göstərilib.