CƏMİYYƏT


Qubada qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb

Qubada sanitar texniki, sanitar gigiyenik vəziyyətə, o cümlədən qida təhlükəsizliyi sahəsində normativ hüquqi tələblərə uyğun olmadan fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı müəssisəsi aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Xaçmaz Regional Bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Timiryazev kəndində Məlikov Ələkbər Bəhram oğluna məxsus sexdə yoxlama zamanı məhsulların istehsalı zamanı texnoloji ardıcıllığa riayət olunmaması müəyyənləşib. Həmçinin istehsal müəssisəsində istifadə olunan suyun laborator müayinələrinin həyata keçirilmədiyi üzə çıxıb. Sexdə “Quba Şahdağ” əmtəə nişanlı qazlaşdırılmış alkoqolsuz içkilər (limonad) istehsal olunur.