CƏMİYYƏT


FHN İmişlidəki bazarda baş vermiş yanğının söndürülməsi barədə məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün İmişli rayonunda baş verən yanğının söndürülməsi ilə bağlı yeni məlumat yayıb.FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin 112 - qaynar telefon xəttinə İmişli şəhərindəki bazarda yanğın baş verməsi barədə daxil olan məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, habelə yanğının mürəkkəbliyi nəzərə alınaraq Şirvan, Beyləqan, Cəbrayıl, Ağcabədi, Sabirabad, Biləsuvar, Kürdəmir və Saatlı rayonlarının Yanğından Mühafizə hissələrindən əlavə qüvvələr dərhal əraziyə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır