CƏMİYYƏT


Yovşan bitkisindən həm heyvandarlıqda, həm mətbəxdə, həm də tibdə istifadə olunur

Ceyrançöl ərazisində yabanı halda bitən və minlərlə hektar ərazidə yayılmış yovşan həm heyvandarlıqda, həm mətbəxdə, həm də tibdə istifadə edilir.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə yovşanın onlarla növü yayılıb. Yovşan çöl bitkisi olub mürəkkəbçiçəklər fəsiləsinə aiddir. Xalq arasında “acı yovşan” adı ilə də tanınır.