Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabirabadda Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə orden və medallar təqdim edilib

28.06.2021 [10:34]

Xəbərin mətni

Sabirabadda 26 iyun - Silahlı Qüvvələr Günündə şəhid ailələri və vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Döyüşlərdə şücaət göstərən qəhrəmanların təltif olunduğu orden və medalların təqdimatı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş Sabirabad şəhərində yerləşən Heydər Əliyev adına mərkəzdə gerçəkləşib. Toplantıda şəhid ailələri, vətən müharibəsi qaziləri, rayon rəhbərliyi və hüquq mühafizə orqanı əməkdaşları iştirak ediblər.