CƏMİYYƏT


Ağdaş sakini çətənə becərdiyi üçün yenidən saxlanılıb

Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və kultivasiyasına qarşı əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər də məhkum olunmuş Əliağa Rəhimov saxlanılıb.