Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatalada yabanı halda bitmiş çətənə kolları məhv edilib

30.06.2021 [13:35]

Xəbərin mətni

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində külli miqdarda çətənə kolları aşkarlanaraq götürülüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Meşləş kəndi ərazisində yabanı halda bitmiş 1 ton 800 kiloqram çəkidə 2890 çətənə kolu aşkarlanıb. Çətənə kolları yandırılaraq məhv edilib.