CƏMİYYƏT


Beş medalla təltif olunan qusarlı kəşfiyyatçı

Qusarlı şəhid kəşfiyyatçı Ruslan Cəfərov Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra beş medalla təltif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsi şəhidi Ruslan Mövlan oğlu Cəfərov 2000-ci il avqustun 2-də Qusar şəhərində doğulub. Qusar şəhər Elxan Güləliyev adına 2 saylı tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Ruslan əsgərliyini bitirdikdən sonra ordu sıralarında müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlayıb. Vətən müharibəsi başlayanda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində həmlə qruplarında yer alan Ruslan Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla savaşıb.