CƏMİYYƏT


Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Alakol kəndindən keçən hissəsində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, hərəkətdə olan “Ford” markalı sərnişin avtobusu ilə "VAZ-2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Məmmədov Namiq Balakişi oğlu, 1933-cü il təvəllüdlü Mirzəyev Təhmuraz Tofiq Oğlu və 1990-cı il təvəllüdlü Məmmədli Məhəmməd Aslan oğlu xəsarət alaraq Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq, 51 yaşlı Namiq Məmmədov xəstəxanada dünyasını dəyişib. Digər xəstələrin vəziyyəti kafi qiymətləndirilir.