Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Füzuli uğrunda şəhid olan 19 yaşlı qəhrəman

01.07.2021 [12:34]

Xəbərin mətni

On doqquz yaşlı Elsevər Əliyev Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Elsevər Əliyev 2001-ci il avqust ayının 7-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Ailədə iki bacının tək qardaşı idi. Elsevər orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanıb. Xidmətdə fərqləndiyinə görə bir neçə dəfə valideynlərinə təşəkkür elan olunub.