CƏMİYYƏT


FHN: Füzuli rayonunun Qacar kəndində baş vermiş yanğının söndürülməsi işlərinə helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə iyunun 30-da Füzuli rayonunun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.