CƏMİYYƏT


Poltavada Qubadlıda ermənilər tərəfindən qətlə yetirilən Sovet İttifaqı Qəhrəmanının anasının yubileyi qeyd edilib

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Poltava vilayətinin Viktoriya kəndində Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın anası Nadiya Babakın 75 illiyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, diplomatlar, səfirliyin hərbi attaşesi polkovnik İlqar Ağayev, Oleq Babakın valideynləri, yaxınları, yerli ictimaiyyətin nümayəndələri, Poltava Şəhər Administrasiyasının rəsmiləri, eləcə də KİV təmsilçiləri iştirak ediblər.