CƏMİYYƏT


İyulun 1-dən Azərbaycanda keçirilən şənlik mərasimlərində müntəzəm yoxlamalara başlanılıb

Bu gündən Azərbaycanda şənlik mərasimlərinin, o cümlədən toyların keçirilməsinə icazə verilir.AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib. Mərasimlər müəyyən şərtlər nəzərə alınmaqla keçirilməlidir.50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılır. Monitorinq qrupları təşkil edəcək qurumlar - Daxili İşlər Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir.