Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhidin doğum günündə “Verim nəfəsimi, dalğalan, şanlı bayraq” adlı kompozisiya nümayiş olunub

03.07.2021 [18:50]

Xəbərin mətni

Şəhid leytenant Xalid Nəciyevin ad günü təhsil aldığı Saatlı şəhər 1 saylı tam orta məktəbdə qeyd olunub. Tədbirdə şəhidin ailə üzvləri, pedaqoji kollektiv və Vətən müharibəsinin iştirakçıları iştirak ediblər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Verim nəfəsimi, dalğalan, ey şanlı bayraq” adlı ədəbi-bədii kompozisiyanın nümayişi ilə başlayan tədbirdə şəhid leytenantın həyatı və döyüş yolu haqqında məlumat verilib.