CƏMİYYƏT


İmişlidə minik avtomobili yanaraq yararsız hala düşüb

İmişlidə yanğın hadisəsi baş verib. Niva markalı minik maşını yanaraq külə dönüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın hadisəsi saat 20 radələrində İmişli şəhər 28 may küçəsində yaşayan Əhmədov Xudafərin Ağakərim oğluna məxsus həyətdə qeydə alınıb. Adıçəkilən ünvanda Əhmədov Qara Xanhüseyn oğluna məxsus 30-BD-209 dövlət nömrə nişanlı Niva markalı avtomobildə alovlanma başlayıb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Avtomobildə baş verən yanğın söndürələrək ətraf ərazilərə keçməsinin qarşısı alınıb və həyətdəki ev, yardımçı tikililər alovdan xilas olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır