CƏMİYYƏT


Göyçayda iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün saat 11:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 203-cü kilometrliyində, Göyçayın Qarayaxı kəndi ərazisində qeydə alınıb. "Mersedes" markalı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan " VAZ 21011" markalı minik avtomobilinə arxa tərəfdən çırpılıb. Hadisə zamanı avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, "VAZ 21011"-in qoşqulu yük yerində olan 5 baş iri buynuzlu heyvan tələf olub.